• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gəncədə avtomobildə güllələnmə olub - YENİLƏNİB

HADİSƏ

10 Iyun 2024 | 17:32

Gəncədə avtomobildə güllələnmə olub - YENİLƏNİB

İyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.

    Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.

    ***

    17:16

    Gəncədə güllələnmə hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saatlarında şəhərin çıxışında qeydə alınıb.

      Hadisənin "VAZ-2106" markalı minik maşınında baş verdiyi bildirilir.

      Avtomobildə olan bir nəfər sükan arxasında olan şəxsə atəş açıb, daha sonra maşın yoldan çıxaraq aşıb.

      Hadisə nəticəsində Samux rayon sakini 1998-ci il təvəllüldü Mehrac Əsədovun öldüyü bildirilir. APA


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      05 Sentyabr 2026
      04 Sentyabr 2026