• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanıldılar

HADİSƏ

10 Iyul 2024 | 11:04

Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanıldılar

Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Toplanmış material qərar verilməsi məhkəməyə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR