• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəzadan sağ çıxan piyadanı yolu keçmək istəyəndə avtomobil vuraraq öldürdü

HADİSƏ

01 Aprel 2023 | 14:37

Qəzadan sağ çıxan piyadanı yolu keçmək istəyəndə avtomobil vuraraq öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticədən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Göygöl rayonun Quşqara kənd sakini 1986-cı il təvəllüdlü Elmir İsmaylov yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzada ölən piyada Göygöl rayonun Quşqara kəndində özünə məxsus "Mercedes" markalı minik maşını aşırıb. Qəzadan sağ çıxan sürücü Gəncədə yerləşən xəstəxanaların birinə gedib. Bu zaman o yolu keçmək istəyəndə onu avtomobil vurub. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026