• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mehdiabadda üç maşın yanıdı - Ölən var

HADİSƏ

01 May 2023 | 12:04

Mehdiabadda üç maşın yanıdı - Ölən var

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində üç minik avtomobilinin yanar hissələri yanıb.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı yanan avtomobillərdən birində aşkarlanan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026