• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İmişlidə avtomobil aşdı -  Ölən və yaralanan var

HADİSƏ

01 May 2023 | 09:59

İmişlidə avtomobil aşdı - Ölən və yaralanan var

İmişli rayonunda avtomobil aşıb, ölən və yaralanan var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli magistral yolunun rayonun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Ağayev Adəm Mətləb oğlu idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb. Nəticədə avtomobildə olan 1967-ci il təvəllüdlü Qasımov Bayram Məmmədağa oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəticədə A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026