• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Minik avtomobilləri daşıyan yük maşını aşdı

HADİSƏ

30 May 2023 | 09:56

Minik avtomobilləri daşıyan yük maşını aşdı

Zaqatalada Gürcüstan Respublikasına məxsus yük maşını aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi xarici dövlətlərdə istehsal edilən minik avtomobillərini daşıyan yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı dirəyə dəyib. Qəzadan sonra yük maşının qoşqusu aşıb.

Qoşquda olan minik avtomobilləri zədələnib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026