• Bakı 20° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Tərtərin bu kəndini sel basdı

HADİSƏ

30 Aprel 2023 | 22:46 | Müəllif: Subhan Mahmudov

Tərtərin bu kəndini sel basdı

Tərtərə axşam saatlarında yağan güclü yağışdan sonra rayonun Dəmirçilər kəndini sel basıb.

Bakıvaxtı.az xəbər verir ki, kanallar daşıb, evləri su basıb, toyuq və cücələr tələf olub. Təsərrüfata ciddi ziyan dəyib. İnsanların əkib becərdiyi bostan suyun altında qalıb tamamilə məhv olub. İri və xırda buynuzlu heyvanlar su altında qalıb.

Qeyd edək ki, Tərtər Rayon Fövqaladə Hallar komisiyası tərəfindən artıq işlərə başlanılıb. Əraziyə çox sayda ağır texnikalar cəlb olunub. Hazırda selin qarşısını almağa çalışırlar. FHN-in texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Ərazidə evlərə dolmuş suyu nasoslar vasitəsilə çəkməyə çalışırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR