• Bakı C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

General-leytenant təqaüdə göndərildi

CƏMİYYƏT

07 Fevral 2026 | 10:43

General-leytenant təqaüdə göndərildi

Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının sabiq rəhbəri general-leytenant Babək Qurbanov  təqaüdə göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 43 yaşlı general öz istəyi ilə xidmətdən ayrılıb.

B.Qurbanov İkinci Qarabağ müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra o, bir sıra orden və medallarla təltif edilib, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Onun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Polkovnik B.Qurbanov Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə davam edir.

Xatırladaq ki, general-leytenant bu yaxınlarda DSX Mərkəzi Aparatının rəhbəri vəzifəsindən çıxarılıb. Dünən məlumat verdiyimiz kimi artıq həmin vəzifəyə general-mayor Faiq Məmmədov təyin edilib.


SON XƏBƏRLƏR

06 Fevral 2026