• Bakı 7° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Generalın yerinə polkovnik oğlu TƏYİN EDİLDİ

CƏMİYYƏT

15 Yanvar 2024 | 10:51

Generalın yerinə polkovnik oğlu TƏYİN EDİLDİ

Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, generalı bu postda oğlu-Əməkdar İncəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.

R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin rəisi idi.

Qeyd edək  ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə həmçinin 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026