• Bakı 24° C

    5.03 m/s

Sudan prezidenti İlham Əliyevi təbrik etdi

CƏMİYYƏT

14 Fevral 2024 | 10:31

Sudan prezidenti İlham Əliyevi təbrik etdi

Bu gün Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə prezident seçkilərində növbəti inamlı qələbəsi münasibəti ilə təbrik teleqramı göndərib.

Sudan Respuklikasının Bakıdakı səfirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a xəbərə görə, teleqramda deyilir:

    “Zati Aliləri.

    Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibəti ilə Sizi Sudan hökuməti, Sudan xalqı və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

    Azərbaycan-Sudan münasibətlərində, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında müxtəlif sahələrdə iki tərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə birgə işləməyi arzulayıram.

    Zati Alilərinə yenidən prezidentlik dövründə uğurlar və nailiyyətlər, xalqınız üçün firavanlıq və tərəqqi arzulayıram”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026