• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qara bayram"ın üstündən xətt çəkməliyik" - Elşad Miridən SƏRT AÇIQLAMA

CƏMİYYƏT

15 Mart 2024 | 10:26 | Müəllif: Qalib İbrahimoğlu

"Qara bayram"ın üstündən xətt çəkməliyik" - Elşad Miridən SƏRT AÇIQLAMA

Novruz bayramına bir neçə gün qalır.

Bakıvaxtı.az-ın məlumatına görə, bəzi bölgələrdə bayramın bir gününü “Qara bayram” adlandırır, həmin gün rəhmətə gedənlər ziyarət olunur. Hətta ziyarət zamanı qəbir üstünə səməni, şirniyyat və s. şeylər qoyanlar da var.

Qara bayram niyə var, keçirilməsi nə dərəcədə düzgündür?

İlahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İslam dinində belə bir anlayış yoxdur:

“Bayramın özü şənlik, istirahət, gözəllik, sevinc deməkdir. Sanki bayrama “qara bayram” deyib qəsdən gözdən salırıq. Bu, doğru yanaşma deyil. Ona görə də, “qara bayram” anlayışının üstündən xətt çəkməliyik”.

Elşad Miri: Bayrama “qara" deyib qəsdən gözdən salırıq

Onun sözlərinə görə, qəbir ziyarətinə getmək üçün hər hansı xüsusi günə ehtiyac yoxdur:

“İstəyən gedib ziyarət edə, orda axirəti düşünə, qəbiristanlığı insanların bu dünyadan o biri dünyaya keçid yeri olaraq görə bilər. Burda heç bir problem yoxdur, amma bunun İslamla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Çünki İslam dinində, ümumiyyətlə, belə bir anlayış olmayıb. Peyğəmbərin həyatında da buna oxşar bir “qara bayram” və s. bu kimi anlayış yoxdur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026