İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, bu, İsrail ordusunun bu ayın əvvəlində iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürüldüyü Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə cavabdır.
"İsraildəki xüsusi hədəflər onlarla pilotsuz uçuş aparatı, raketlərlə və qanadlı raketlərlə vurulacaq", - deyə SEPAH-ın bəyanatında vurğulanır.
















