• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sabah ölkənin bəzi ərazilərində su olmayacaq

CƏMİYYƏT

13 May 2024 | 18:15 | Müəllif: Subhan Mahmudov

Sabah ölkənin bəzi ərazilərində su olmayacaq

14-16 may tarixlərində Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb Oğuz-Qəbələ-Bakı su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Eyni zamanda Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq.

Qeyd edək ki, bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026