• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Neftçalada erkən nikahın qarşısı alındı - YENİLƏNİB

CƏMİYYƏT

12 Iyun 2024 | 15:37

Neftçalada erkən nikahın qarşısı alındı - YENİLƏNİB

Polis Neftçalada planlaşdırılan erkən nikahla bağlı araşdırma aparıb.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:
"Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər".

    ***

    14:02

    Neftçalada planlaşdırılan erkən nikahın qarşısı alınıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.

    Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026