Birinci Qarabağ Müharibəsində itkin düşmüş döyüşçünün qalıqları dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, kimliyi müəyyən edilən İdris Osman oğlu Baxışovun cəsədinin qalıqları doğulduğu Quba şəhərində dəfn edilib.
Onunla Qəndirə kəndində vida mərasimi keçirilib.
Xatırladaq ki, İdris Baxışov 1993-cü ildə Kəlbəcərdə itkin düşüb.
















