• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Hackerlər Vodafone-nun məlumatlar bazasını oğurlayıb

MULTİMEDİA

24 Mart 2022 | 02:23 | Müəllif: Qalib İbrahimoğlu

Hackerlər Vodafone-nun məlumatlar bazasını oğurlayıb

Lapsus$ adlı hacker qruplaşması məşhur Vodafone mobil şəbəkə operatoruna qarşı kiberhücum reallaşdırıb.

Bakıvaxtı.az technote.az-a istinadla xəbər verir ki, hackerlərin verdikləri məlumata əsasən reallaşdırılmış kiberhücum nəticəsində onlar 200 GB həcmində məlumatlar bazasını oğurlayıblar. Oğurlanmış məlumatlar isə əsasən Vodafone-nun proqram təminatlarını əhatə edən mənbə kodlarını özlərində birləşdirirlər.

Oğurlanmış məlumatlar GitHub-ın 5000 ədəd repozitoriyasında yerləşdirilib. Vodafone şirkətinin məlumatlarından əlavə olaraq Lapsus$ həmçinin Portuqaliyanın Impresa adlı media korporasiyasının məlumatlar bazası ilə mənbə kodunu və elektron kommersiya ilə məşğul olan MercadoLibre ilə MercadoPago şirkətlərinin mənbə kodlarını oğurlayıb. Reallaşdırılmış kiberhücumlardan sonra sözügedən hacker qruplaşması öz Telegram kanalında oğurlanmış mənbə kodlarından ilk olaraq hansının açıq şəkildə paylaşmaq lazım olduğu barəsində sorğu aparıb.

Sorğuda liderlik edən isə Vodafone olub. Vodafone bildirib ki, o hal hazırda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları vasitəsilə istintaq aparır. Bundan əlavə olaraq mobil şəbəkə operatorunun təmsilçiləri bildiriblər ki, oğurlanmış məlumatlar bazasında istifadəçi məlumatları mövcud deyil. Qeyd etmək lazımdır ki, sözügedən hacker qruplaşması Vodafone və Microsoft-dan əlavə olaraq bir neçə müddət bundan öncə həmçinin Samsung və NVIDIA şirkətlərinə qarşı da kiberhücumlar reallaşdırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026