• Bakı 16° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu rayonlarda havada tozun miqdarı normadan çox olub

CƏMİYYƏT

05 Aprel 2022 | 14:10 | Müəllif: Qalib İbrahimoğlu

Bu rayonlarda havada tozun miqdarı normadan çox olub

"Dünən ölkə ərazisində transsərhəd, eyni zamanda güclü şimal-qərb küləkləri nəticəsində lokal xarakterli çirklənmə müşahidə edilib".

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ETSN Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, ötən gün Bakı şəhərinin Xətai rayonunda günün bəzi saatlarında havada tozun miqdarı 5.9, Nizami rayonunda 7.2, Səbail rayonunda 8.4, Gəncə şəhərində isə normadan 2.9 dəfə yüksək olub: "Avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən aprelin 5-i səhər saatlarında havada qaz qarışıqlarının və dispers toz hissəciklərinin konsentrasiyaları norma daxilindədir”.

G.Abbasova deyib ki, sinoptik şəraitlə əlaqədar gün ərzində zəif çirklənmə səviyyəsi proqnozlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026