• Bakı 8° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Havay adalarında yanğın: 89 nəfər öldü

DÜNYA

13 Avqust 2023 | 10:28 | Müəllif: Subhan Mahmudov

Havay adalarında yanğın: 89 nəfər öldü

Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin məlumat yayıb.

Məlumata görə, yanğın ABŞ-də bir əsrdən artıq müddətdə baş vermiş bütün yanğınlar arasında ən çox insan itkisinə səbəb olub.

Daha əvvəl 80-ə yaxın öldüyü bildirilirdi.

Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR