• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Covid-19-a qarşı yenilənmiş vaksinlər təsdiqləndi

DÜNYA

12 Sentyabr 2023 | 09:39 | Müəllif: Qalib İbrahimoğlu

Covid-19-a qarşı yenilənmiş vaksinlər təsdiqləndi

ABŞ Qida və Dərman İdarəsi (FDA) geniş yayılmış variantları hədəf almaq üçün hazırlanmış yeni mRNA Covid-19 vaksinlərini təsdiqləyib.

Bakıvaxtı.az xaricvi mətbuata istinadla xəbər verir ki, bu peyvəndlərin hazırda dövriyyədə olan variantlardan daha yaxşı qorunma təmin edəcəyi gözlənilir.

FDA-nın verdiyi açıqlamada  yeni peyvəndlərin koronavirusun Omicron variantının XBB.1.5 altvariantına qarşı təsirli olduğu və daha əvvəl peyvənd olunub-olunmamasından asılı olmayaraq, 5 və daha yuxarı yaşlı insanların bir dəfə peyvənd edilməsinin lazım olduğu bildirilib. Yenilənmiş peyvəndi olan insanların köhnə peyvəndlərdə görülən yan təsirlərlə qarşılaşa biləcəyi və bu peyvəndlərin hazırda dövriyyədə olan variantlara qarşı daha yaxşı qorunma təmin edəcəyinin gözlənildiyi qeyd olunub.

Açıqlamada, Covid-19 peyvəndlərinin tərkibinin mövsümi qrip peyvəndində olduğu kimi hər il yenilənməsinə ehtiyac ola biləcəyinə diqqət çəkilərək, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəsmilərinin kimlərin peyvənd olunmasının lazım olduğunu müzakirə etmək üçün bu gün görüşəcəkləri vurğulanıb.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026