• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kolumbiyada azərbaycanlı miqrant xilas edildi

DÜNYA

12 Oktyabr 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

Kolumbiyada azərbaycanlı miqrant xilas edildi

Kolumbiyanın sahil mühafizəsi xidmətinin əməkdaşları ölkənin San-Andres adası sahillərində keçirdikləri əməliyyat zamanı Azərbaycan vətəndaşı olan miqrantı xilas ediblər.

Bakıvaxtı.az xəbər verir ki, miqrantlar Azərbaycanla yanaşı, Ekvador, Venesuela və Çilidəndir. Əməliyyat zamanı 2 nəfər saxlanılıb.

San Andres adasının sahil mühafizəsinin regional komandiri Eduardo Solano Prada qanunsuz miqrantların Ekvador, Venesuela, Azərbaycan və Çili vətəndaşları olduğunu təsdiqləyib.

O qeyd edib ki, faktla bağlı iki nəfər saxlanılıb. Orada saxlanılan şəxslərdən birinin daha əvvəl üç dəfə miqrant qaçaqmalçılığına görə yaxalandığını deyib.

Xilas edilən miqrantlar Kolumbiyanın Miqrasiya Xidmətinə təhvil veriləcək./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026