• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Çexiya Ukraynaya yeni hərbi yardım göndərdi

DÜNYA

10 Noyabr 2023 | 20:28

Çexiya Ukraynaya yeni hərbi yardım göndərdi

2022-ci il fevralın 24-dən bu ilin oktyabrın 9-dək Çexiya Ukraynaya 6 milyard kron (təxminən 250 milyon avro) məbləğində hərbi yardım göstərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "idnes.cz" portalı Çexiyanın Milli Müdafiə Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, ordu anbarlarından Ukraynaya hədiyyə olaraq Çexiya Silahlı Qüvvələrində təlabatı olmadığı silahlar göndərilib.

Qeyd olunub ki, Çexiya ordusunun anbarlarından Ukrayna Silahlı Qüvvələrinə 2005 və 2006-cı illərdə istehsal edilmiş 4 "Mi-24" helikopteri, 1968-1993-cü illərdə istehsal edilmiş "M1" modifikasiyalı 62 "T-64" və "T-72" tankları və 1973-cü ildən 1999-cu ilə qədər istehsal edilən 131 piyada döyüş maşınları təhvil verilib. Kiyev həmçinin hədiyyə olaraq beş kimyəvi kəşfiyyat maşını, 47 "UAZ 412" maşını, 152 mm çaplı 13 "DANA" özüyeriyən haubitsa və quraşdırılmış hava hücumundan müdafiə dəstləri olan zirehli texnika alıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR