• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 862 nəfərə çatdı

DÜNYA

11 Sentyabr 2023 | 23:20

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 862 nəfərə çatdı

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 862, yaralıların sayı isə 2 562 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026