Belarus hökuməti ölkənin Slovakiyadakı səfirliyini bağlamaq qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərar respublikanın qanuni internet portalında yerləşdirilib:
“Belarus Respublikasının Slovakiya Respublikasındakı səfirliyinin bağlanması haqqında” sənədin məzmunu ilə tanış olmaq mümkün deyil. Qərar sentyabrın 8-də qəbul edilib və sentyabrın 12-dən qüvvəyə minəcək”.
Qeyd edək ki, avqust ayında Belarusun Bratislavadakı səfirliyinin saytında sentyabrın 1-dən diplomatik nümayəndəlikdə konsulluq qeydiyyatında olan bütün vətəndaşların Belarusun Avstriyadakı səfirliyində qeydiyyata alınacağına dair xəbər yayılıb.
















