• Bakı 20° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Həbsdə olan İCRA BAŞÇILARI - SİYAHI

CƏMİYYƏT

20 Iyun 2025 | 16:42

Həbsdə olan İCRA BAŞÇILARI - SİYAHI

Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. 2010-cu ildn bu vəzifədə işləyən Musa Şəkiliyevin saxlanılması dəmir barmaqlıqlar arxasına düşən icra başçılarının sayını artırıb. 

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, hazırda həbsdə olan icra başçıları aşağıdakılardı: 

1. İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 5 may 2020-ci ildə DTX tərəfidnən saxlanılıb. Məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Ötən il Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb. Qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.

2. Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 11 il həbs cəzası alıb. Ötən il Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib. Qərara əsasən, M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib. 

3. Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 10 il müddətində azadlıqdan məhrum edilib. 2024-cü ilin fevralında Ali Məhkəmədə keçirilən iclasda İsmayıl Vəliyevin cəzası 6 il 2 aya endirilib.

4. Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsində keçirilən iclasda Namiq Zeynalovun cəzası 11 il 9 aya endirilib.

5. Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında DTX tərəfindən həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 aya endirilib.

6. Ağstafanın msabiq icra başçısı Nizaməddin Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev 2021-ci ilin sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib. 

7. Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 7 il 3 ay həbs cəzasına məhkum edilib.  2023-cü ilin yanvar ayında Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. O, 2023-cü ilin iyul ayında azadlığa buraxılıb. 

8. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda saxlanılıb. Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətində həbs cəzasına məhkum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsi sabiq başçının cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. Korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun cəzaçəkmə müddəti 2025-ci ilin fevralında başa çatıb.. Eks-icra başçısı azadlığa çıxıb.


SON XƏBƏRLƏR