• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Həmin uşaqlar quyuya necə düşüb öldü?

CƏMİYYƏT

18 May 2023 | 10:06

Həmin uşaqlar quyuya necə düşüb öldü?

Ötən gecə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki uşağın ölümü ilə nəticələnən bədbəxt hadisənin detalları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə qəsəbənin Xanlar massivi kimi tanınan ərazisində - küçənin kənarındakı istifadəsiz quyuda baş verib.

Belə ki, qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü uşaqlar yolda oynayarkən istifadəsiz qalmış və hazırda çirkab suları ilə dolu olan quyuya düşüblər. Yaxınları onları axtararkən hər iki uşağın quyuda olmasını öyrəniblər. Əvvəlcə uşaqların ailə üzvləri və qonşular öz imkanları ilə onların meyitini quyudan çıxarmağa çalışıblar və bir neçə saat ərzində buna cəhd ediblər. 

Lakin daha sonra meyitləri çıxarmaq mümkün olmadığından FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət edilib.

Xilasedicilər bu gün səhər saat 5-dək ərazidə çalışaraq 10 yaşlı iki oğlanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026