• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Avtomobil qadını vuraraq öldürdü

CƏMİYYƏT

17 Iyun 2023 | 09:45

Avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında Xəzər rayonu, Zaqulba prospektində qeydə alınıb.

Paytaxt sakini, 2004-cü il təvəllüdlü Hüseynov Cafar Faiq oğlu “Hyundai İX 35” markalı avtomobillə mərkəz istiqamətində hərəkətdə olarkən yolun süni işıqlandırılmış, piyada keçidi olmayan hissəsindən keçən 1964-cü il təvəllüdlü Cabarova Şahsənəm Əli qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026