• Bakı 28° C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Hörmüz boğazında gəmiyə HÜCUM: ekipaj üzvü həlak oldu

DÜNYA

18 Avqust 2026 | 08:30

Hörmüz boğazında gəmiyə HÜCUM: ekipaj üzvü həlak oldu

Hörmüz boğazında naməlum gəmi mərmi ilə vurulub, ekipaj üzvlərindən biri həlak olub.

Bakıvaxtı.az xəbər verir kii, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinə (UKMTO) istinadən verdiyi məlumata görə, hadisə gəmi boğazdan çıxarkən baş verib.

Zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həyatını itirib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir.

Hadisənin səbəbləri və hücumun kim tərəfindən həyata keçirildiyi araşdırılır. UKMTO regionda fəaliyyət göstərən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Hörmüz boğazında son günlər gəmiçiliyə qarşı təhlükələrin artması fonunda baş verən son insident regionda dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb. Bölgədə əvvəl də bir neçə kommersiya gəmisinin hücuma məruz qalması barədə məlumatlar yayılıb./report.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026