Husilər Amerika döyüş gəmisini vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Sariya “X”da yazıb.
Onun sözlərinə görə, hər şey Ədən körfəzi və Bab əl-Məndəb boğazında toqquşma zamanı baş verib.
Toqquşmalar iki saatdan çox davam edib, Yəmən silahlı qüvvələri bir sıra ballistik raketlərdən istifadə edib.
Günəş Mərd
















