• Bakı 22° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İctimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib

LAYİHƏ

04 Iyun 2022 | 14:03

İctimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

İctimai maraqlar hərfi mənada cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir.

İctimai marağı qəlibə salan və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər və qeyri-hökumət təşkilatları hüquqi vasitələr hesabına ictimai marağın müdafiəsini həyata keçirirlər: ictimai siyasətin təkmilləşdirilməsi və ictimai marağın müxtəlif aspektlərinə dair hüquqi bazanın müzakirəsi; monitorinq və islahat mexanizmlərinin təşviqi.

Bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Hazırda bu anlayış dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir. Missiya eynidir: qanunu bir alət kimi istifadə etməklə, ictimai marağı təmsilən sosial problemləri həll etmək. Bütün bunlar da insan haqları, demokratiya, açıq cəmiyyət və qanunun aliliyi kimi prinsiplərə əsaslanır.

Arzu Nağıyev: Həyat inkişafını təmin etmək üçün iqtisadi inkişaf, yeni innovativ addımların atılması önəmlidir

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev Bakıvaxtı.az-a bildirib ki, hər bir dövlətin daxili və xarici siyasəti var. Son vaxtlar xarici siyasət deyəndə hər bir dövlətin təhlükəsizliyinə təhdidin qarşısını almaq üçün dövlət siyasətindən istifadə edərək, istər iqtisadi, istər siyasi cəhətdən atılan addımlarla bağlıdır: “Yəni milli təhlükəsizlik, eyni zamanda dövlət təhlükəsizliyinin əsas hissələrindən biri müxtəlif kateqoriyalarda milli və dövlət marağlarını üstün tutmaqdır. Yəni, son vaxtlar milli və dövlət marağı konsepsiyası da üst-üstə düşür. Bəzi xarici dövlətlər “dövlət marağı” deyəndə “milli maraq” kimi onu gündəmə gətirirlər”.

A.Nağıyev detir ki, birmənalı şəkildə, Konstitusiyadan doğan milli maraq, ümumi xaricdə Azərbaycana qarşı olan münasibətin birliyidir ki, onu da qorumaq üçün atılacaq addımlar vacibdir. Onun sözlərinə görə, burda əsas və köməkçi maraqlar var: “Bizim xarici priotitet istiqamətimiz dövlət və ictimai təhlükəsizlik, hər bir Azərbaycan vətəndaşının rifahı, şəxsi təhlükəsizliyi üçün atılan addımlardır”. Deputat qeyd edib ki, həyat inkişafını təmin etmək üçün iqtisadi inkişaf, yeni innovativ addımların atılması önəmlidir: “Çünki dünya görməlidir ki, biz intellektual məhsula malik olan bir dövlətik. Burda da məhz dövlətin rolu nədən ibarətdir, onu görmək lazımdır. Atılan addımlarda əsas məsələ vətəndaşının marağını dünyaya çatdırmaq üçün dövlətin milli suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və müvafiq demokratik institutların yaradılması, öz məhsulları ilə konkrelik təşkil edə bilən dövlətlərin xarici məhsulları ilə inkişaf etməkdir. Təbii ki, beynəlxalq dünyada dövlətin stabilliyini qorumaq üçün dost dövlətlərlə münasibəti qorumaq lazımdır. Buna qoşulmama hərəkatını, ikitərəfli əlaqələri misal gətirmək olar. Hərtərəfli əlaqələrlə yanaşı, ikitərəfli əlaqələrin inkişafı da çox mühüm məsələdir. Azərbaycanın ev sahibliyi etdiyi bütün tədbirlərdə əlaqələrin genişləndirilməsi üçün addımlar atılır”.

Cavid Osmanov:  Beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının qorunması istiqamətində sistemli siyasət yürüdülür

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov isə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasət qurulub: “Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur. Son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm addımlar atılıb. Xüsusi qeyd etmək lazımdır ki, istər işğaldan azad edilən torpaqlarda yürüdlən siyasət, 44 günlük müharibədə qazanılan zəfəri məhz diplomatic müstəvidə də çox mühüm, ardıcıl, sistemi addımlar atılıb və atılmaqdadır”.

Millət vəkili qeyd edib ki, beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının, milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürütməklə, diaspor nümayəndələrimiz də kordinasiyalı şəkildə vacib addımlar atır. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan mühüm addımlar məhz xaricdə yaşayan soydaşlarımız vasitəsilə çatdırılır: “Bu il Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayında ölkə başçısı tərəfindən dünya azərbaycanlılarının qarşısına mühüm vəzifələr qoyuldu, istiqamətlər müəyyənləşdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev milli və dövlət maraqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

19 Aprel 2024