• Bakı 22° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Cümhuriyyət yarandığı ilk gündən Azərbaycanda insan hüquq və azadlıqları qorunur

 

LAYİHƏ

27 May 2022 | 14:07

Cümhuriyyət yarandığı ilk gündən Azərbaycanda insan hüquq və azadlıqları qorunur 

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi tamam olur.

Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

***

Milli Məclisin deputatı Tahir Rzayev Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti yarandığı ilk gündən insan hüquq və azadlıqlarının qorunması və ölkəmizin dünyada tanıdılması üçün qısa müddətdə əlindən gələn bütün işləri görməyə çalışıb.

“7 dekabr 1918-ci ildə Azərbaycanda qanunverici hakimiyyət təsis olunub. Şərq dünyasında ilk dəfə qadına seçki hüququ verilib. Bu gün də Azərbaycan Xalq Cumhuriyyəti və onun yaradıcılarının fəaliyyəti araşdırılır, öyrənilir. Onlara hörmət və inam hissi var”.

T.Rzayev deyir ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Xalq Cumhuriyyətinin fəaliyyətinin araşdırılmasına və qiymətləndirilməsinə imkan yaranıb: “Ulu öndər Heydər Əliyev Xalq Cumhuriyyətinin fəaliyyyətilə ilə bağlı sərəncamlar və tapşırıqlar vermişdir. Cumhuriyyətin tarixi ənənələri və bəxş etdikləri dəyərlər xalqımız və dövlətimiz qorunub saxlanılır.

Bu gün də vətəndaşlarımızın seçib-seçilmək hüququ var. Qadınlar və gənclər siyasi partiyalarda yaxından təmsil olunurlar. Fəxr ediləsi haldır ki, bu gün dünyada Azərbaycan demokratik, tolerant ölkə kimi tanınır və onun beynəlxalq aləmdə nüfuzu ildən-ilə artır. Müstəqilliyini bərpa edəndən sonra Azərbaycan beynəlxalq təşkilatların üzv olub və müxtəlif illərdə nüfuzlu təşkilatlara rəhbərlik edib”.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xarici siyasətinin nəticələrini gördü: “Azərbaycanda orducu quruculuğu və qanunvericilik sahəsində atılan addımlar, həmçinin regionların inkişafı ilə bağlı həyata keçirilən layihələr və  iqtisadi inkişafı təmin etmək üçün bağlanan beynəlxalq müqavilələr onu deməyə əsas verir ki Azərbaycan yaxın gələcəkdə dünyanın inkişaf etmiş ölkələrindən biri olacaq. Xalq cümhuriyyətinin qruucularının ruhu həmişə sevinəcək”.

***

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Bakıvaxtı.az-a bildirib ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda olduqca ciddi proseslər cərəyan etdi və dəyişikliklər baş verdi.

“Nəzər almalıyıq ki, bu regionun coğrafi mövqeyinə görə burada güclərin barışmaz maraqları olub. Odur ki, Cənubi Qafqaz kəskin münaqişələrin baş verdiyi region olub. 

1918-ci ildə Şərqdə ilk dəfə demokratik, parlamentli respublikanın əsası qoyuldu. Azərbaycan xalqı bununla dərin dövlətçilik ənənələrinə malik odluğunu nümayiş etdirdi. Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində çox böyük nailiyyətlər əldə etdi. Ordu quruculuğu istiqamətində əldə edilən nailiyyətlər ölçüyəgəlməzdir. Şəxsi heyətin hazırlanması, maddi-texniki təchizat baxımından dövrün tələblərinə uyğun detallar nəzərə alınıb. İtaliya ilə Xalq Cümhuriyyəti arasında müqavilə imzalanıb. Həmin müqaviləyə əsaəsn ordunun geyim təchizatı həyata keçirilməli idi. Lakin Cümhuriyyətin ömrünün az olması başlanmış prosesin sona çatmasına imkan vermədi”.

O qeyd edib ki, Xalq Cümhuriyyəti dövründə qanun yaradıcılığı istiqamətində səmərəli fəaliyyət həyata keçirilib: “Xalq Cümhuriyyətinin gətirdiyi ənənələrdən biri də Şərqdə ilk dəfə qadınların seçki hüququnun tanınması oldu.  Gender bərabərliyi ideyasının inkişaf etdirilməsi istiqamətində dünyaya nümunə olmaqdadır.

Xalq Cümhuriyyəti xalqın cəsarətinin, iradəsinin və dövlətə bağlılığının təcəssümü olaraq yarandı. Cümhruiyyətin qurucuları ictimai-siyasi həyatın müxtəlif sahələrində tərəqqiyə və inkişafa nail olmaq haqqında cəmiyyətdə təsəvvürlər formalaşdırdılar”.

Deputat bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan tarixi sınaqların qarşısında qalsa da, bu sınaqlardan üzüağ çıxdı: “Dövlət dayaqlarını möhkəmləndirməyi bacardıq. Bu gün də insan hüquqlarının qorunması, vətəndaş cəmiyyəti istiqamətində ölkəmizin uğurları digər postsovet ölkələrilə müqayisədə əhəmiyyətli dərəcədə böyükdür. Bu da demokratik cəymiyyət quruculuğuna dəlalət edən mühüm göstəricilərdəndir. Cəmiyyət və dövlət münasibətlərində cəmiyyətin iştirakçılığı və nəzarət imkanları müasir demokratik dövlət quruculuğu elementləri kimi qiymətləndirilməlidir. 44 günlük Vətən müharibəsində xalq və dövlətin birliyi göstərdi ki, bu həmrəylik sarsılmazdır və bundan sonrakı uğurlara aparacaq ən mühüm amillərdən biridir.

1995-ci ildə birbaşa Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında konstitusiyanın hazırlanması və qəbul edilməsi  insan hüquqlarının qorunmasına yüksək səviyyədə təminat verdi”.

***

Politoloq Amid Əliyev Bakıvaxtı.az-a bildirib ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi tariximizdə keyfiyyət və məzmunca yeni səhifənin başlanğıcı oldu.

“Bu, şərqdə ilk dəfə olaraq Azərbaycan xalqının siyasi və mədəni düşünmə səviyyəsinin ən yüksək pillədə olduğunu bir daha sübut elədi. Çünki, yalnız yüksək siyasi düşüncə tərzinə və zəngin mədəni tarixə malik olan bir xalq dövlət yaratmq iqtidarında ola bilər.

İlk dəfə Qafqazda parlamentli respublika idarəetmə formasını seçən Azərbaycan xalqı öz zəngin dövlətçilik tarixinə əsaslanaraq dünya birliyinə şərqdə ilk müsəlman dövlətinin yaradılmasını bəyan etdi”, -deyə A.Əliyev bildirib.

O qeyd edib ki, Xalq Cümhuriyyəti bu gün bizim tariximizdə də siyasi, hüquqi və mənəvi cəhətdən dəyərlidir: “İlk dəfə olaraq azərbaycanlıların vətəndaşlıq statusu müəyyən olundu, dövlət atributları təsis edildi, dövlət dili olaraq Azərbaycan dili müəyyən olundu, dövlətin sərhədləri müəyyən edildi və ordu quruculuğuna başlanıldı. İlk parlamentin təsis olunması, təhsilimizin bazasını təmin edən BDU-nun əsasının qoyulması, milli valyutanın dövriyyə buraxılması və milli mətbuatımızın inkişafının əsası məhz həmin illərdə qoyuldu.

İnsan hüquqları baxımından da AXC dövründə olduqca mütərəqqi addımlar atıldı. Qadınlara seşki hüququnun verilməsi, milli azlıqların parlamentdə təmsil olunması, din və vicdan azadlığı, eləcə də bərabərlik hüququ təmin edildi. İlk istiqlal və etnoqrafiya muzeyləri yaradıldı. İlk kitabxana fondu təşkil edildi.

Həmin dövrdə də ilk dəfə müstəqilliyi tanıyan qardaş Türkiyə oldu. Məhz o tarixdən iki qardaş dövlət arasında münasibətlər illərin sınağından çıxaraq ən üst pilləyə çatdı. Bunun səbəbidir ki, bu gün Bakı səmasında ay-ulduzlar pərvaz edir.

AXC dövründə xalqımızın ruhuna hopan müstəqillik ruhu, istəyi və yanğısı ikinci dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən alovlandırıldı. 70 illik sovet hakimiyyəti illərində Heydər Əliyev milli mənəvi dəyərlərimizə yüksək qiymət verərək müstəqilliyin əbədi olmasını yeni nəslə ərməğan etdi. AXC tarixinin dərindən öyrənilməsi məhz H.Əliyevin adı ilə bağlıdır. AXC-dən yadigar qalan üçrəngli hilalımız da məhz 1991-ci ildə Naxçıvanda H.Əliyev tərəfindən qaldırıldı. Bu, AXC tarixinə və o dövürdə həyata keçirilmiş işlərə verilən yüksək qiymətin bariz nümunəsi idi”.

Onun sözlərinə görə, bu gün ölkə başçısı İlham Əliyev AXC nin tarixi varisi kimi müstəqil Azərbaycan dövlətinin beynəlxalq müstəvidə tanınması və müstəqilliyimizin əbədi olması istiqamətində uğurlu xarci siyasət yürüdür: ”AXC dövründən qalmış milli mənəvi dəyərlər daha da inkişaf etdirilir. Hər il məhz 28 May ərəfəsində yüzlərlə məhbus əfv olunur, insanlara öz həyatlarına yenidən başlanmaq fürsəti verilir. AXC-nin yaranmasının 100 illiyi 2018-ci ildə təntənə ilə qeyd edildi və 2018 “Cumhuriyyət ili” elan edildi. Hər il cumhuriyyət qurucularının şərəfinə ucaldılmış abidə ölkə başçısı tərəfindən ziyarət olunur.

Xalqımıza ilk dəfə müstəqilliyi bəxş edən 28 May günü daim tarximizdə şanlı səhifə kimi qalacaq. Milli mənsubiyyətimizin qürur mənbəyi olması ideyası gələcək nəsillərə ötürüləcək”. 

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

19 Aprel 2024