• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İlham Əliyev Konyada Ersin Tatarı qəbul edib - YENİLƏNİB

SİYASƏT

09 Avqust 2022 | 18:34 | Müəllif: Qalib İbrahimoğlu

İlham Əliyev Konyada Ersin Tatarı qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.

***

17:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.


İlham Əliyev Konyada Ersin Tatarı qəbul edib - YENİLƏNİBİlham Əliyev Konyada Ersin Tatarı qəbul edib - YENİLƏNİBİlham Əliyev Konyada Ersin Tatarı qəbul edib - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026