• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampın evində nüvə silahı sənədləri... - FOTO 

SİYASƏT

07 Sentyabr 2022 | 11:17

Trampın evində nüvə silahı sənədləri... - FOTO

"Deutsche Welle"də yer alan xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Donald Trampın evində bir ölkənin nüvə silahları ilə bağlı gizli sənədlər tapıldığı iddia edilib.

İddianın sahibi olan "Washington Post" qəzeti yazıb ki, FTB (Federal Təhqiqat Bürosu) avqustun əvvəlində Trampın iqamətgahında axtarış apararkən bu sənədləri tapıb. Qəzet sənədlərin hansı ölkəyə aid olması barədə məlumat verməyib.

Bakıvaxtı.az xəbər verir ki, “The Washington Post” yazıb ki, FTB avqustun əvvəlində Trampın evində axtarış apardıqdan sonra keçmiş prezidentin evində nüvə silahı ilə bağlı sənədlərə baxış keçirilib. Qəzetin yazdığına görə, Trampın evində müsadirə edilən bəzi sənədlərdə çox həssas məlumatlar var və o qədər yaxşı qorunur ki, hətta bir çox yüksək rütbəli milli təhlükəsizlik məmurlarının belə bu sənədlərə çıxışı yoxdur. Hökumət nümayəndələrinə bu sənədlərlə tanış olmaq səlahiyyəti yalnız Prezident və kabinetin bəzi üzvləri verə bilər.

Hökumət daxilində yalnız bir neçə nəfərin ABŞ-ın bəzi gizli əməliyyatları haqqında məlumat əldə etməsinə icazə verilir və bu barədə sənədlər adətən nəzarətə cavabdeh olan zabitlər tərəfindən nəzarət altında təhlükəsiz obyektlərdə saxlanılır. Tramp isə Ədliyyə Nazirliyi və FTB-nin siyasi əsaslarla hərəkət etdiyini iddia edib. May ayında FTB Trampın Mar-a-Laqodakı iqamətgahında 15 qutu sənəd ələ keçirib və araşdırmalar nəticəsində bu qutularda 184 məxfi sənədin tapıldığı bildirilib. Trampın komandası daha sonra 17-si “tam məxfi” olan daha 38 məxfi sənədi FTB-yə təhvil verib. Trampın iqamətgahında ümumilikdə 300 məxfi sənəd saxladığı bildirilir.

Aytac Aslan


Trampın evində nüvə silahı sənədləri... - FOTOTrampın evində nüvə silahı sənədləri... - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026