Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 22-də Moskvada keçirilən yüksək səviyyəli Rusiya-Azərbaycan danışıqlarının davamı olaraq Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilib.
Eyni zamanda, liderlər Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı vəziyyətin inkişafını müzakirə ediblər.
















