Türkiyə Qadın Dərnəkləri Federasiyası 2024-cü ilin ilk 8 ayı üçün qadın cinayətləri ilə bağlı məlumatları açıqlayıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Türkiyədə 2024-cü ilin ilk 8 ayında ən azı 280 qadın kişilər tərəfindən öldürülüb.
Belə ki, qadınlardan 153-ü odlu silahla, 60-ı isə kəsici alətlərlə qətlə yetirilib.
Həmçinin bildirilib ki, qətlə yetirilən qadınlardan 134-ü evli, 73-ü subay, 41-nin isə ailə vəziyyəti məlum olmayıb.
Bundan başqa qadınlardan 162-nin öz evində, 9-nun iş yerində, 82-nin isə ictimai yerlərdə öldürüldüyü qeyd edilib.
Mina Mikayılova







jpg-1728110486.webp)





