• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Putin və Rəhmon görüşəcək

DÜNYA

05 Oktyabr 2024 | 10:27

Putin və Rəhmon görüşəcək

Yaxın günlərdə Rusiya və Tacikistan prezidentləri arasında görüş olacaq.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, bu, Rusiya dövlət başçısının tacikistanlı həmkarı Emoməli Rəhmonun doğum günü münasibətilə ona ünvanladığı təbrik məktubundan məlum olub.

Putin vurğulayıb ki, o, Rəhmonun iki ölkə arasında strateji tərəfdaşlıq və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş daimi səylərini yüksək qiymətləndirir.

“Yaxın günlərdə Moskvada baş tutacaq görüşümüz ərəfəsində, hörmətli Emoməli Şərifoviç, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və dövlət fəaliyyətində yeni uğurlar arzulayıram”, - Rusiya prezidentinin məktubunda deyilir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026