“İnanmıram makronyanlar və düşmənlər İlham Əliyevin 15 oktyabr çıxışını dinləyib utansınlar. Çünki onlarda belə bir hiss yoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 17 oktyabr tarixli iclasında Sahib Alıyev deyib.
“Prezidentimiz hər zaman müdrikcəsinə davranmış, Ermənistanın altını üstünə çevirə biləcəyi halda etməmişdir. Bütün bunların ardında soyuq məntiq dayanır. Bu Azərbaycanla yanaşı, digər region dövlətlərinin də xeyrinədir. Bəlkə də, buna görə Fransa və onun kimilər qıcıqlanır. Onlar Qərbi azərbaycanlıların yurd yerinə qayıtmalı olduqlarını yaxşı dərk edirlər”.
Aytac Aslan
















