• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İƏT-ə üzv dövlətlərin əmək nazirləri Bakıda toplaşacaq

CƏMİYYƏT

16 Noyabr 2023 | 11:22 | Müəllif: Qalib İbrahimoğlu

İƏT-ə üzv dövlətlərin əmək nazirləri Bakıda toplaşacaq

21- 23 noyabr tarixlərində Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Əmək Nazirlərinin 5 -ci konfransı keçiriləcək.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov məlumat verib. 

Anar Kərimovun sözlərinə görə, gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək: "İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də Bakıda keçiriləcək V Konfransının  Təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinə imkan yaradacaq". 

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR