• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Zəngilanda beynəlxalq konfrans işə BAŞLADI

CƏMİYYƏT

16 Noyabr 2023 | 10:35 | Müəllif: Subhan Mahmudov

Zəngilanda beynəlxalq konfrans işə BAŞLADI

Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin məqsədi trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkil edilməsi, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Konfransda 15 ölkədən, 8 beynəlxalq təşkilat təşkilatından, o cümlədən beynəlxalq maliyyə institutlarından 200-dən çox qonaq iştirak edir. Tədbirdə yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə bir neçə mövzuda panel müzakirələr nəzərdə tutulur.

Konfrans işini sabah Bakıda davam etdirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026