• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0184

İngilislər Ançelottiyə təklif göndərdi

İDMAN

28 Noyabr 2023 | 14:50

İngilislər Ançelottiyə təklif göndərdi

İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti karyerasını İngiltərədə davam etdirə bilər.

Bakıvaxtı.az  "Cope"yə istinadən xəbər verir ki, "Mançester Yunayted" 64 yaşlı mütəxəssisin təyinatını nəzərdən keçirir.

"Qırmızı-şeytanlar"ın artıq italiyalı baş məşqçiyə təklif göndərdiyi də iddia olunub.

Qeyd edək ki, Karlo Ançelottinin "Real"la müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. "Kral klubu" cari mövsüm La Liqada 14 turdan sonra 35 xalla liderdir. "Mançester Yuneyted" isə Premyer Liqada 13 matçdan sonra 24 xalla altıncı pillədə qərarlaşıb. Komandaya 2022-ci ildən niderlandlı Erik Ten Haq rəhbərlik edir.


SON XƏBƏRLƏR

21 Fevral 2024