• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı

CƏMİYYƏT

24 Yanvar 2023 | 12:37

İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı

İpoteka və Kredit Zəmanət Fondu bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulunu qısa müddətə təxirə salıb

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanda ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir.

İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

19 Aprel 2024