• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İranın bu münasibətini Azərbaycan dövləti və cəmiyyəti qəbul etməyəcək

LAYİHƏ

02 Fevral 2023 | 14:05

İranın bu münasibətini Azərbaycan dövləti və cəmiyyəti qəbul etməyəcək

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilən terrorla bağlı yeni detalları açıqlayıb.

Prezident hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb.

Dövlət başçısı vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

Məsələ ilə bağlı Bakıvaxtı.az Milli Məclisin deputatlarının münasibətini öyrənib.

Deputat Azər Badamov bildirib ki, Prezident İlham Əliyev Türkiyədən gəlmiş nümayəndələri ilə videokonfrans şəklində görüşdə Azərbaycanın İranda yerləşən səfirliyimizə qarşı törədilmiş terrorla bağlı fikirləri bir daha ifadə etdi:

“Ölkə başçımızın qeyd etdiyi kimi bu terror hadisəsinin törədilməsindən müəyyən qədər vaxt keçməsinə baxmayaraq, istintaq araşdırılmaların aparılması ilə bağlı bir hərəkət müşahidə olunmur. Belə bir hərəkətsizliyin höküm sürməsi səfirliyimizə silahlı basqının təşkil olunduğunun göstəricisi hesab edirəm. Araşdırılma aparılırsa, proseslə bağlı Azərbaycanı məlumatlandırmalı idilər.  Ölkə başçımızın qeyd etdiyi kimi törədilmiş cinayət hadisəsilə bağlı İran polisi və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi bir tədbirin görülməməsi burda İranın xüsusi xidmət orqanlarının əlinin olduğu fikri ifadə etməyimizə şübhə saxlamır. Amma bununla yanaşı səfirliyimizin təhlükəsizlik əməkdaşları əsil qəhrəmanlıq göstərmişdir. Əli yalan avtomat silahla silahlanmış insanı zərərsizləşdirmək heç də asan məsələ deyil. Bu Azərbaycan əməkdaşlarının güclü iradəyə və hazırlığa malik olduğunun göstəricisidir. Əgər terrorçu zərərsizləşdirlməsəydi, səfirliyin digər əməkdaşlarının və onlarının ailə üzvülərini də terror qurbanına çevirilə bilərdi.  Əməkdaşımızın göstərdiyi qəhrəmanlıq Azərbaycan əsgərinin düşmənlərimizin harda olmasından asılı olmayaraq onlara qarşı hər zaman ayıq-sayıq olduğunun gösətricisi hesab edirəm”.

Deputat Rüfət Quliyev deyib ki, terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır:

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən bu silahlı hücum beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən terror aktı kimi pislənmişdir.

İran dövlət kimi beynəlxalq öhdəliklərinə uyğun olaraq, bu terror aktının hərtərəfli və şəffaf şəkildə təhqiqatını aparmalı, cinayətkarları məsuliyyətə cəlb etməlidir.

Bu terror İranda anti-Azərbaycan qüvvələrinin, terror ideologiyasının daşıyıcılarının əməli kimi qəbul edirik, hadisənin ədalətli araşdırılmasını və günahkarın cəzalandırılmasını tələb edirik. İstintaqın nəticələrini gözləyirik. Ümid edirik ki, İran hakimiyyəti bu hadisəyə düzgün qiymət verəcək. Mən buna inanmıram, amma ümid edirəm”.

Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan səfirliyinə edilən xain hücumun terror hadisəsi olduğunu isbatlayacaq faktlar var:  

“Bunu səfirliyin təhlükəsizlik kamerasının videogörüntüləri də sübut edir.  Səfirliyin binasında bir neçə dəqiqə atışma gedir, amma nə polis, nə də təhlükəsizlik qüvvələri reaksiya vermir.

İranda müxtəlif təhlükəsizlik orqanları, qrupları var. Onlar bu kimi proseslərin qarşısını almaq üçün fəaliyyət göstərirlər.

Heç şübhəsiz ki, səfirliyin ətrafında diplomatik nümayəndəliyi müşahidə edən, ora girib-çıxanları izləyən təhlükəsizlik orqanlarının əməkdaşları var. Onlar da bu prosesə heç bir reaksiya vermədi.

İran polisinin dərhal hadisəni məişət mövzusu zəmnində olduğunu deməsi və cinayəti törətdən şəxsdən müsahibənin alınıb yayımlanması İranın məkirli planının nəticəsidir. İran bir daha Azərbaycana qarşı düşmən münasibətini ortaya qoydu. Bizə “dostuq”, “qardaşıq” deyən İran Azərbaycanla münasibətlərdə ikiüzlülük nümayiş etdirir. İran bizi aldatmağa çalışır. Bu münasibət Azərbaycan dövləti və cəmiyyəti tərəfindən qəbul edilən deyil”.

Deputat Müşfiq Cəfərov deyib ki, Prezident İlham Əliyev Türkiyə nümayəndə heyəti ilə görüş zamanı İranda baş verən terror aktı barədə də danışıb:

“Dövlət başçısı xüsusilə, səfirliyin əməkdaşının şücaəti nəticəsində daha çox insana zərər dəyməsinin qarşısı alınmasını vurğuladı. Düşünürəm ki, Tehranda baş verən hadisənin əsil mahiyyəti tezliklə aydınlaşdırılacaq, çünki tərəfimizdən terror aktı hər tərəfli araşdırılır. Tehran polisinin hadisəyə biganə yanaşması diqqətçəkən məqamdı. Çünki terrorçu bir dəfə yox, bir neçə dəfə binaya hucum edib, hər dəfəsində də səfirliyin əməkdaşı tərəfindən onun qarşısı alınır. Lakin kamera görüntülərdən də məlum olduğu kimi silahlı ilk öncə yaxınlaşdığı Tehran polisinə heç nə etmir və polis silahı görsə belə təmkinli şəkildə davranır. Terrorçunu zərərsizləşdirməyə cəhd belə etmir. Bu görüntülər daha ətraflı aydınlaşdırılmalı və bu prosesə Azərbaycan təhlükəsizliyinin də əməkdaşları cəlb olunmalıdır. Çünki İran rejiminin məsələylə bağlı açıqlaması inandırıcı olmaya bilər, əgər Tehran bu məsələdə lazımi tədbiri görsəydi, buna zərurət yarandığını düşünməzdik. Bu gün Tehran polisinin araşdırmasının nəticəsi də şübhə altındadır.

Cənab prezidentin də qeyd etdiyi kimi terror aktının qarşısını almaq üçün İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib”.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR