• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Bu görüşlər əlaqələrin inkişafı və Avropanın dəstəyi baxmından əhəmiyyətlidir”

LAYİHƏ

20 Fevral 2023 | 14:33

Bu görüşlər əlaqələrin inkişafı və Avropanın dəstəyi baxmından əhəmiyyətlidir”

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 

Almaniyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ənənəvi Münxen Təhlükəsizlik Konfransının 59-cu görüşü keçirilib. Prezident İlham Əliyevin də iştirak etdiyi budəfəki konfransa 800 nəfərdən çox nümayəndə qatılıb.

Builki konfransda Ukraynadakı müharibə, enerji təhlükəsizliyi, "yaşıl enerji", Cənubi Qafqazda təhlükəsizlik məsələləri, həmçinin "Qlobal Cənub"a daxil olan Afrika və Asiyanın üzləşdiyi müxtəlif problemlər diqqət mərkəzində olub.

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. 

Həmin gün Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. 

Milli Məclisin Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Jalə Əliyeva Bakıvaxtı.az-a bildirib ki, dövlət başçısının Almaniyaya səfəri və bu səfər çərçivəsində keçirilən görüşlər ölkəmiz, regionumuz və dünya üçün əhəmiyyətlidir.

“Strareji, iqtisadi və diplomatiya baxımından önəmli görüşlər keçirilib. İkitərəfli, çotərəfli görüşlərin hər birində bölgəmiz üçün əhəmiyyətli məsələlər müzakirə olundu. Xüsusilə Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərliyinin görüşü və bu görüşdə Azərbaycanın iradəsinin ortaya qoyulması bizim haqlı mövqeyimizdən bir addım da geri çəkilməyəcimizi bir daha təsdiqlədi.

Azərbaycan prezidentinin ona verilən suallara açıq və qəti cavablar verməsi də çox önəmlidir. Postmüharibə dövrü yaşayan Azərbaycan və Ermənistan üçün dövlət başçısının verdiyi açıqlamalar böyük əhəmiyyətə malikdir”.

Deputat H.Əliyeva qeyd edib ki, dövlət başçısının Almaniya Federativ Respublikasına səfəri məhsuldar olub: “Dövlətlərin rəsmi şəxsləri ilə yanaşı biznes subyektlərinin rəhbərləri ilə görüşlər keçirildi. Yəni səfər çərçivəsində siyasi əlaqələrlə yanaşı enerji təhlükəsizliyi, ticarət və iqtisadiyyatın digər sahələri üzrə müzakirələr aparıldı.

Azərbaycan Respublikasının Prezidenti Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi.

Dövlət başçısı fevralın 18-də Münxendə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü zamanı Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfə verdiyini vurğuladı.

Odur ki, Münxen şəhərində keçirilən görüşlər ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, işğaldan azad olunmuş ərazilərimizin bərpası və Avropanın dəstəyi baxmınından çox böyük əhəmiyyət daşıyırdı”.  

***

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Fatma Yıldırım  Bakıvaxtı.az-a bildirib ki, ənənəvi olaraq hər keçirilən Münxen Təhlükəsizlik Konfransı beynəlxalq müstəvidə mövcud problemlərin müzakirəsi baxımından önəmli platformadır:

“Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin həqiqətlərini və imkanlarını dünyaya çatdırmaq üçün nüfuzlu beynəlxalq qurumların tribunalarından fəal şəkildə istifadə edir. Belə qlobal platformalardan biri də Münhen Təhlükəsizlik Konfransıdır. Bunun nəticəsidir ki, Münhen Təhlükəsizlik Konfransı ölkəmiz üçün diplomatik təşəbbüslər platformasına çevrilib”.

Deputat bildirib ki, hər il Prezident İlham Əliyevin bu mühüm tədbirə dəvət olunması dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir: “Çünki Prezident İlham Əliyev qlobal kataklizmlər şəraitində belə dinamik inkişaf templərini qoruyub saxlayan və XXI əsrin müharibəsində qalib gələn dövlətin rəhbəridir. Azərbaycan bu uğurları məhz İlham Əliyevin liderliyi sayəsində qazanıb. Buna görə də beynəlxalq birlik Prezident İlham Əliyevi strateji baxışlara malik mahir diplomat kimi qəbul edir. Münhen Təhlükəsizlik Konfransının təşkilatçıları hesab edirlər ki, cənab İlham Əliyev kimi uğurlu Liderin baxışlarını bölüşməsi beynəlxalq birlik üçün olduqca əhəmiyyətlidir.

“Nəzərə almaq lazımdır ki, Münxen Təhlükəsizlik Konfransı öz gündəliyini həm ənənəvi qaydada, həm də meydana çıxan yeni çağırışlara uyğun müəyyənləşdirir. Son zamanlar məlum geosiyasi gərginliklər fonunda Avropada və bütün dünyada dövlətlər üçün enerji təhlükəsizliyinin önəmi heç vaxt olmadığı qədər artıb. Hazırda enerji təhlükəsizliyi nəinki yalnız kiçik və resursları az olan ölkələr, həmçinin geniş iqtisadi və maliyyə imkanlarına malik olan dövlətlər üçün də təhdidlər yaradır. O cümlədən enerji təhlükəsizliyi ənənəvi və genişlənmiş Avropa üçün böyük aktuallıq daşıyır. Bütün bu reallıqlar nəzərə alınmaqla enerji təhlükəsizliyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müxtəlif aspektlərdən dəyərləndirilib. Bu istiqamətdə aparılan müzakirələrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu xüsusi vurğulanıb”,-deyə millət vəkili vurğulayıb.

***

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bakıvaxtı.az-a bildirib ki, regionun gələcəyi üçün vacib olan daha bir görüş Munxendə baş tutdu.

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda sülhlə bağlı Ermənistan-Azərbaycan arasındakı konfliktin tərəflərin irəli sürdüyü həllərin müzakirəsi yeni irəliləyişlərin əldə olunmasına işarədir.

 Cənab Prezidentin konfrans sonrası televiziya kanallarına verdiyi müsahibə də, konfransdakı uğurlu çıxışı da Azərbaycan diplomatiyasının uğurları silsiləsinə aid etməyə imkan verir.

Cənab prezident "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda qeyd etdiyi kimi iki ölkənin sərhədində nəzarət buraxılış məntəqələrinin yaradılmasının zəruriliyini qeyd etdi.

Düşünürəm ki, iki ölkənin ərazilərində elə ancaq onlara məxsus nəzarət məntəqələrinin olması daha məqsədəuyğun olacaqdır. Ermənistan tərəfi müharibə bitdiyi gündən sərhəddə başqa-başqa ölkələrin nümayəndələrinin nəzarət məntəqələrinin fəaliyyətinə çalışırdı. Bütün hallarda sadəcə inam, etibar yaratmaq üçün göndərilən nümayəndələrin fəaliyyəti daimi ola bilməyəcəkdi”.

M.Cəfərov hesab edir ki, bu konfransda Gürcustanın da inkişafı yeni əməkdaşlıqların və Gürcüstan-Azərbaycan-Ermənistan əməkdaşlığının da əsası ola bilər. Hər üç ölkə regionda sıx əməkdaşlıq qurmaqla Cənubi Qafqazın beynəlxalq potensialını artıra bilər. Müzakirə olunan yeni təkliflər yüz illərdir Cənubi Qafqazda hökm sürən iki qonşu dövlətin düşmənçiliyinə son qoya bilər. Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan və Ermənistan eyni talehi yaşayan başqa ölkələr üçün nümunə ola bilər. Zənnimcə, dünyaya sülh və rifah zəruridir. Cənubi Qafqazdakı bu sülh bir çox ölkələrə də uzlaşma və razılaşmada işıq ola bilər. Münxen konfransında da məlum olduğu kimi artıq həm Amerika, həm də Avropa iki ölkə arasındakı sülhün vacibliyini göz önündə saxlayır".

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

28 Mart 2024