• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Qalatasaray” "Ayaks"la matça ciddi itki ilə çıxacaq

İDMAN

04 Noyabr 2025 | 21:47 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray” "Ayaks"la matça ciddi itki ilə çıxacaq

Yunus Akgün "Qalatasaray" – "Ayaks" matçında oynaya bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu məşq zamanı zədələnib.

Klubun məlumatına görə, ulduz futbolçu “Ayaks”la qarşılaşma öncəsi keçirilən son taktiki məşqi ağrılar səbəbindən yarımçıq tərk edib. Akgünün sol dizində zədə aşkarlanıb və onun müalicə prosesinə başlanılıb.

Məlumata görə, futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu səbəbdən o, UEFA Çempionlar Liqasında Hollandiya təmislisi  “Ayaks”la keçiriləcək qarşılaşmanın heyətinə daxil edilməyib.

Qeyd edək ki, "Ayaks" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR