• Bakı 15° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Təhsil müəssisələrində iş və istirahət günlərinin tarixləri AÇIQLANDI

CƏMİYYƏT

04 Noyabr 2025 | 16:15

Təhsil müəssisələrində iş və istirahət günlərinin tarixləri AÇIQLANDI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır. Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 12 noyabrdır.

Bakıvaxtı.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16–20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.


SON XƏBƏRLƏR