• Bakı 15° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Musa Qurbanlının durumuna aydınlıq gətirildi

CƏMİYYƏT

04 Noyabr 2025 | 17:58

Musa Qurbanlının durumuna aydınlıq gətirildi

Azərbaycan millisinin Ukrayna ilə oyunundan öncə zədələnən Musa Qurbanlı fərdi məşqlərə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” komandası ilə oyundan öncə keçirilən mətbuat konfransında məlumat verib.

53 yaşlı mütəxəssis növbəti milli fasilədən sonra 23 yaşlı hücumçunun yaşıl meydanlara qayıdacağını bildirib.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


SON XƏBƏRLƏR