• Bakı 15° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Azərbaycanlı ekspert İrəvanda Zəngəzur dəhlizi barədə DANIŞDI

SİYASƏT

04 Noyabr 2025 | 14:54

Azərbaycanlı ekspert İrəvanda Zəngəzur dəhlizi barədə DANIŞDI

Rəsmi Bakı ümid edir ki, ABŞ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təşkilinə yardım göstərmək məsuliyyətini öz üzərinə götürəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Berlin Karnegi Mərkəzinin elmi əməkdaşı Zaur Şiriyev İrəvanda keçirilən “Orbeli Forumu: sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” tədbirində bildirib.

Jurnalistlərin “Bakının ‘maneəsiz keçid’ ifadəsini necə başa düşdüyü” barədə sualını cavablandıran Şiriyev deyib ki, konkret detallar praktikada aydın olacaq:

“Hazırda bunun dəqiq olaraq nə demək olduğunu söyləmək mümkün deyil – həyata keçmə prosesi göstərəcək,” – deyə o, qeyd edib.

Ekspert əlavə edib ki, “Zəngəzur dəhlizi” termini Azərbaycanda, Ermənistanda yayılan fikrin əksinə olaraq, mənfi məna daşımır. Onun sözlərinə görə, söhbət təkcə TRIPP marşrutundan yox, regiondakı daha geniş nəqliyyat əlaqələrindən gedir.

Şiriyev vurğulayıb ki, keçidin format və mexanizmləri müəyyən edilərkən 8 avqustda imzalanmış Vaşinqton Bəyannaməsi nəzərə alınmalıdır. Həmin sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədləri qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyiblər./bizimmedia


SON XƏBƏRLƏR