• Bakı 15° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

"Dedi ki, uşaqlara sən bax" - Arvadını öldürən azərbaycanlı DANIŞDI

CƏMİYYƏT

04 Noyabr 2025 | 15:52

Dedi ki, uşaqlara sən bax - Arvadını öldürən azərbaycanlı DANIŞDI

Türkiyədə arvadını öldürən azərbaycanlı gənc ifadə verib.

Bakıvaxtı.az lent.az-a istinadla bildirir ki, hadisəni törədən 27 yaşlı Salican Mehmet ifadəsində cinayətin səbəbini açıqlayıb. O, psixoloji problemlərinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, arvadı, 20 yaşlı Arzu Xəlilova alış-verişə gedəcəyini, buna görə də 3.5 və 2 yaşlı qızlarına onun baxmalı olduğunu deyib. Salican da bundan hiddətlənib və bıçaqla arvadına hücum edib.

Qeyd edək ki, 75 bıçaq xəsarəti alan Arzu xəstəxanada ölüb. Hadisədən sonra Salican Mehmet əlindəki bıçaqla birgə polis tərəfindən ələ keçirilib. Məlumata görə, cütlük 4 ildir ki, bir yerdə yaşayırmışlar. Araşdırma zamanı qatilin əvvəllər narkotik vasitələr və qanunsuz olaraq silah saxlama, həmçinin Arzu Xəlilova yetkinlik yaşına çatmadığı halda onunla cinsi əlaqədə olduğu üçün ittiham olunduğu üzə çıxıb.


SON XƏBƏRLƏR