• Bakı 16° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldular

CƏMİYYƏT

04 Noyabr 2025 | 17:37

Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldular

Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.

Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.

Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR