• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ümumbəşəri dəyərlərin qorunması millətlərarası münasibətlərin qurulmasına vacib faktordur

LAYİHƏ

10 Fevral 2023 | 12:46

Ümumbəşəri dəyərlərin qorunması millətlərarası münasibətlərin qurulmasına vacib faktordur

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycan Respublikasında millətlərarası münasibətlərin, multikulturalizm inkişafı istiqamətində xeyli işlər görülüb. Bu müdrik siyasətin əsası isə Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədədir.

Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib.

Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdə qardaş ölkəyə ilk yardımı Azərbaycan etdi. Bu, dövlətimizin millətlərarası, dövlətlərarası münasibətlərdəki həmrəyliyinin nümunəsidir. Qeyd etmək lazımdır ki, hazırda dünyanın müxtəlif ölkələrindən Türkiyəyə humanitar yardım göndərilir.

Ümumiyyətlə, millətlərarası münasibətlər necə tənzimlənməlidir?

Elşad Mirbəşiroğlu, millət vəkili

Millət vəkili Elşad Mirbəşiroğlu Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri dostluq, müttəfiqlik baxımından digər ölkələrlə münasibətlərdən köklü şəkildə fərqlənir:

“Təbii ki, iki ölkə arasında münasibəltərin səmimi qardaşlıq səviyyəsində olmasında, xalqlarımız arasında tarixi-mədəni, dini dəyərlərin rolu çoxdur. Bu baxımdan, Azərbaycanla Türkiyə münasibətləri, ölkə prezidentinin də söylədiyi kimi, digər dövlətlər arasında münasibətlərin qurulmasında bir örnəkdir”.

Onun sözlərinə görə, həqiqətən də, Azərbaycan və Türkiyə bütün vəziyyətlərdə bir-birlərinin yanında olduğunu nümayiş etdiriblər. hər zaman nümayiş etdiriblər ki, bu münasibətlərin kökündə “bir millət, iki dövlət” konsepsiyası dayanır: “İki dövlət bir-birinin həm sevincini, həm kədərini səmimiyyətlə bölüşür. Qardaş Türkiyə 2020-ci ilin payızında, Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi cəhətdən çox kömək oldu. Həmin dövrdə bu cür kömək çox vacib və həlledici idi. Türkiyə Vətən müharibəsi zamanı Azərbaycanın bir an belə özünü tək hiss etməsinə icazə vermədi, şərait yaratmadı. Təbii ki, əsl qardaşlıq, dostluq bu cür olmalıdır”.

Deputat bildirib ki, Azərbaycanla Türkiyə istənilən beynəlxalq platformalarda bir-birlərinin yanında olublar, bir-birlərini dəstəkləyiblər:

“Xatırlatma yaxşı olardı ki, vaxtilə, yanılmıramsa, ya 2014, ya da 2015-ci il idi, Şəqr tərəfdaşlığı proqramının on illiyinə həsr olnumuş tədbirdə Ermənistanın ozamankı prezidenti Serj Sarkisyan Türkiyəyə qarşı əsassız, sərsəm iddialar səsləndirən zaman, Azərbaycan Prezidenti İlham Əliyev onun cavabını verərək bildirdi ki, Türkiyə nümayəndələri burda olmaya bilər, amma mən varam. Eləcə də digər bütün plaformalar çərçivəsində iki ölkə daim bir-birlərinin yanında olub”.

E.Mirbəşiroğlu xatırladıb ki, qardaş Türkiyədə sarsıdıcı xəbər gələr-gəlməz ilk reaksiya da Azərbaycan tərəfindən oldu. Həm dövlət, həm cəmiyyət olaraq qardaş ölkənin yanında olmağa, zəlzələdən zərər görmüş şəxslərə əlindən gələn köməyi etməyə hazır olduğunu nümayiş etdirir:

“Həqiqətən də, biz bir daha gördük ki, dünyanın başqa iki dövləti Azərbaycan-Türkiyə qədər bir-birinə bağlı ola bilməz. Zəlzələnin baş verdiyi gündən dərhal sonra, onun səhərisi günü cənab Prezident İlham Əliyev Türkiyənin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi, türk qardaşlarımızın dərdinə şərik olduğunu bildirdi. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Bizim dostluğumuz, həmrəyliyimiz, müttəfiqliyimiz bundan sonra daha da möhkəmlənəcək. Azərbaycan-Türkiyə birliyi çox güclü bir amildir”.

Cavid Osmanov, millət vəkili

Millət vəkili Cavid Osmanov isə Bakıvaxtı.az-a bildirib ki, dünyada hazırkı zamanda millətlərarası münasibətlərin qurulması ən vacib məsələlərdən biridir:

“Dünyada elə xalqlar var ki, eyni soya, kökə, dinə mənsub olsalar da, ən gərgin münasibətdədilər və hətta müharibə şəraitindədirlər. Əlbəttə ki, biz Azərbaycan-Türkiyə qardaşlığını dünyaya nümunəvi münasibət kimi göstərə bilərik. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi, biz Türkiyə ilə “Bir millət, iki dövlət”ik. Bizim eyni eyni soya, kökə, dinə mənusb olmağımızla yanaşı, iki ölkə arasındakı siyasi münasibətlər də ən yüksək səviyyədədir. İstər 44 Günlük Vətən müharibəsində qardaş ölkənin müharibənin başladığı ilk saniyələrdən həm dövlət, həm cəmiyyət olaraq siyasi və mənəvi dəstəyinin biz şahidi olduq”.

Onun sözlərinə görə, istər ötən il Türkiyədə baş verən yanğınlarda Azərbaycanın xilasetmə qruplarının orda yaxından iştirak etməsi, istərsə də bu günlərdə Türkiyədə baş verən zəlzələdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş ölkənin yanında olduğunu bəyan etməsi, ölkə prezidentinin Türkiyə səfirliyində olması, yardımların, hərbi-tibbi personalın göndərilməsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yardımların edilməsi iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunun nümunəsidir.

Deputat onu da qeyd edib ki, xüsusilə millətlərarası münasibətlərdə tolerantlığın, multukultural dəyərlərin inkişaf etdirilməsi, qorunması da çox vacib məsələdir:

“Çünki sadaladığım amillər olmasa, millətlərarası münasibətləri inkişaf etdirmək çətin olar. Bildiyimiz kimi, burda çoxlu dinlərə mənsub olan xalqların nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda bununla bağlı müxtəlif dini və multukultural forumların keçirilməsi, dünyanın dini liderlərinin Azərbaycanda toplaşması və burda tolerantlıq mühitinin qorunub, inkişaf etdirilməsi ilə bağlı yüksək səviyyəli fikirlərin səsləndirilməsini missal göstərə bilərik. Bütün bunlar çox vacib məsələdir. Bu sadalananlar Azərbaycanın digər millətlərlə münasibətlərinin qurulmasında mühüm rol oynayır”.

Onun dediyin görə, dəfələrlə şahidi oluruq ki, bir sıra ölkələrdə dini, irqi ayrıseçkilik mövcuddur. Bütün bunlar, əlbəttə ki, münasibətlərin qurulmasına mənfi təsir edir.

“Düşünürəm ki, ümumbəşəri dəyərlərin qorunması, bütün millətlərin sabit yaşaması, hər hansı bir ölkənin ayrıseçkiliyə məruz qalmaması millətlərarası münasibətlərin qurulmasına vacib faktordur. Dünyada sülhün, əmin-amanlığın olması üçün ilk öncə millətlərarası münasibətlər düzgün inkişaf etdirilməlidir”, - deyə Cavid Osmanov əlazvə edib.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

25 Aprel 2024