• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Azərbaycanda söz və mətbuat azadlığı dövlət siyasətinin ana xəttini təşkil edir

LAYİHƏ

03 Mart 2023 | 12:01

Azərbaycanda söz və mətbuat azadlığı dövlət siyasətinin ana xəttini təşkil edir

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilib. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür.

Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.

Azərbaycanda çoxsaylı yazılı media, eləcə də yüzlərlə intenet portalı, xəbər saytları fəaliyyət göstərir. Bu isə ölkəmizdə fikir, söz azadlığı, plüralizmin mövcudluğunun, onun ən yüksək səviyyədə qorunduğunun göstəricisidir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri olan tədbirlər görülür və qorunmaqdadır. Kütləvi informasiya vasitələri isə yaradılan bu əlverişli mühitdən səmərəli istifadə edir, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyətli rol oynayırlar. Ölkədə fəaliyyət göstərən informasiya agentliklərinin hər biri fikir, söz və məlumat azadlığını, plüralizm fonunda müstəqil fəaliyyət göstərərək, Azərbaycan həqiqətləri ilə yanaşı, tarixi, mədəniyyətimizi təbliğ edirlər.

Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır.

Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Bunu Azərbaycanda yaşayan hər bir azərbaycanlı bilir. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub.

 

 

Cahangir Məmmədli: Bu gün söz və mətbuat azadlığından gileylənmək imkanı yoxdur

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan mətbuatı yaranandan sonra uzun müddət, 1992-ci ilə qədər rus senzurası altında olub:

“Amma buna baxmayaraq klassik mətbuatımızda söz və mətbuat azadlığımızdan sətiraltı olsa da, həmişə istifadə ediblər. Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və digərləri həmişə Azərbaycanın müstəqilliyi, söz və mətbuat azadlığı ilə bağlı öz sözlərini deyiblər”. Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazanandan sonra söz və mətbuat azadlığına nail olmaq çətin olmadı: “Çünki bizim klassikamızda bu var. Amma Sovet Sosialist Respublikalar İttifaqı dağılandan sonra senzura aradan qaldırıldı və Azərbaycan mətbuatı sözün həqiqi mənasında tam azad, müstəqil oldu. Düzdür, doxsanıncı illərin əvvələrində müəyyən dərəcədə müharibə ilə bağlı bəhanələr olurdu, mətbuatda çox şeyi qadağa edirdilər. Lakin 6 avqust 1998-ci ildə Ümumilli lider Heydər Əliyev söz və mətbuat azadlığını özündə əks etdirən sərəncam imzaladı”.

Cahangir Məmmədlinin sözlərinə görə, bu sərəncam birbaşa hər cür senzuranı aradan qaldırdı:

“Hətta təsəvvür edin, 1995-ci ildə yaradılmış Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığı tam mənasında təsbit olunurdu, amma yenə davam edirdi. Lakin Heydər Əliyev imzaladığı sözügedən sərəncamla senzuranı tamamilə aradan götürdü. Bu gün Azərbaycanda söz və mətbaut azadlığı tam yerindədir. Mətbuatın social məsuliyyəti deyilən bir formatı, konsepsiyası var və biz bu gün onunla işləyirik. Amma jurnalistlər var ki, hakimiyyətə yaranmaq istəyirlər, ona görə də onlarda söz və mətbuat azadlığı o qədər də hiss olunmur. Bu gün söz və mətbuat azadlığından, plüralizmdən gileylənmək imkanı yoxdur. Kim gileylənirsə, günah özündədir. Bizim qəzet və onlayn mediamız tam müstəqildir”.

Vüqar Rəhimzadə: Azərbaycan mətbuatı bu gün inkişaf yolunu çox uğurla yaşayır

Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, professor Vüqar Rəhimzadə isə Bakıvaxtı.az-a bildirib ki, ümumiyyətlə, Azərbaycanda söz və mətbuat azadlığı dövlətin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir və ən böyük önəm verilən sahələrdən biridir:

“Müqayisəli təhlil aparsaq, doxsanıncı illərin əvvələrində Azərbaycanda bütün sahələrdə olduğu kimi, biz mətbuatda da anarxiyanın, senzuranın, hətta hərbi senzuranın tətbiq olunduğu bir dönəmin şahidi olmuşuq. Yəni o dövrdə sərbəst fikrin, azad sözün ifadə olunmasından söhbət gedə bilməzdi”.

V.Rəhimzadə qeyd edib ki, Ümumilli lider Heydər Əliyevin xalqın təkid və tələbi ilə hakimiyyətə qayıdışından sonra, hər sahəyə olduğu kimi, mətbuatın, medianın inkişafına da xüsusi önəm verdi: “Ulu Öndərimizin bir fikri var idi, deyirdi ki, söz, fikir, mətbuat azadlığı olmadan, demokratiyanın bərqərar olmasından söhbət gedə bilməz. Beləliklə, söz azadlığı bütün sahələrdə təsbit olundu. Müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunanda fikir və söz azadlığını özündə ehtiva edən maddələr qeyd olundu. 6 avqust 1998-ci ildə milli mətbuatımızın tarixində çox önəmli hadisə baş verdi. Bu tarixdə senzura aradan qaldırıldı. Bununla bağlı onlarla, minlərlə belə sərəncamlar, fərmanlar, qanunlar saymaq olar”.

Müsahibimizin dediyinə görə, cənab Prezident İlham Əliyevin də Heydər Əliyev siyasətinə söykənən yüksək dinamikasının, uğurlarının biz şahidi oluruq:

“Bu uğurlardan biri də, Azərbaycanda mətbuatın inkişafına verilən dəstəkdir. Dövlətin həyata keçirdiyi siyasətin əsas maraqlarından biri də müstəqil mətbuatı, jurnalistikanı inkişaf etdirməkdir. İstər Medianın İnkişafı Agentliyi, istərsə də Mətbuat Şurası Azərbaycan jurnalistikasımızın inkişafına öz töhfələrini verir. Ötən il “Media haqqında” Qanun imzalandı. Bu qanun Azərbaycanda müstəqil jurnalistikanın zəngin şəkildə inkişafı üçün təməl prinsipləri özündə əks etdirən bir qanundur”.

“Medianın İnkişafı Agentliyi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində böyük layihələr həyata keçirir. Bu, bizim üçün çox dəyərlidir. Azərbaycan mətbuatı bu gün inkişaf yolunu çox uğurla yaşayır. Mətbuat Şurası da Qeyri Hökümət Təşkilatı olaraq, geniş layihələrin həyata keçirilməsinə öz töhfəsini verir”, - deyə Vüqar Rəhimzadə bildirib.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

19 Aprel 2024